İstanbulda özlərini polis kimi təqdim edib yoldan keçən maşınlarda axtarış aparan iranlılar tutulub.
Musavat.com-un məlumatına görə, saxta polislər “axtarış” apardıqları maşınlardan pul oğrulayıblar. Belə ki, 5 gün əvvəl polisə bu barədə şikayət daxil olub. Rafiq B. və Muhammet G. polis idarəsinə gələrək yolda avtomobili saxlayan polislər tərəfindən soyulduqlarını bildiriblər.
Bundan sonra biri qadın olan 3 iranlı polis tərəfindən saxlanılıb. İranlıların evi axtarılıb və evdən FBİ papaqları, çox miqdarda dollar və avro çıxıb.
Polis idarəsinə gətirilən iranlıların eyni yolla 4 əlcəzairlini də soyduqları məlum olub. Şübhəlilərin digər cinayətləri araşdırılır.
