|
Şəkidə maşın 2 piyadanı vurub - VİDEO, FOTO
Şəkidə idarəetməni itirən maşın 2 piyadanı vurub.
 
ARB Şəki xəbər verir ki, Şəhərin Sabit Rəhman küçəsində "VAZ 2106" markalı avtomobil idarəetməni itirərək yol kənarında hərəkət edən Şəki şəhər sakinləri 1970-ci il təvəllüdlü Məhərrəmova Nəzakət Məhərrəm qızı və 1998-ci il təvəllüdlü Məhərrəmova Günay Telman qızını vurub.
 
Hər iki zərərçəkən dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, xəstələrin vəziyyəti normaldır.
 
Faktla bağlı araşdırma aparılır.