Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, “Şamaxinka” kimi tanınan ərazidə “Mercedes” markalı avtomobil arxaya hərəkət edərkən dayanacaqda avtobus gözləyən təxminən 80 yaşlı qadını vurub. Qadın ağır xəsarət alıb. O, 1 saylı şəhər kliniki xəstəxanasına gətirilib. Piyadanın şəxsiyyəti hələlik məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
