Kanadanın hüquq mühafizə orqanları Ontariya əyalətində yerləşən qocalar evində səkkiz təqaüdçünün ölümündə günahlandırılan keçmiş tibb bacısını həbs edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumat “CBC” telekanalında yer alıb. İstintaqdan məlum olub ki, 2007 və 2014-cü illər ərzində 49 yaşlı Elizabet Mai Fettlaufer yüksək dozada dərmanlar verməklə 75 yaşdan 95 yaş arası səkkiz təqaüdçünü öldürüb. Bunu nə səbəbdən etdiyi məlum deyil. Qadın öz evində Vudstok şəhərində həbs olunub. Qonşuları qadının xeyirxah və sadə olduğun bildiriblər.
Cia.az
