|
Qobustan sakini dəm qazından zəhərlənərək ölüb
Qobustan rayonunda 1 nəfər yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
 
Musavat.com Daxili İşlər Nazirlyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, rayonun Cəyirli kəndində yaşayan Fikrət Şəmiyev evində dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
Cia.az