|
Terrorçular polis maşınına tələ qurdu

Türkiyənin Hakkari əyalətində polis maşınına bombalı hücum təşkil olunub. 


Musavat.com-un məlumatına görə, partlayış zamanı yaralanan olmayıb. Hadisə axşam saatlarında Merzan məhəlləsindəki Praqan küçəsində baş verib. PKK-çı terrorçuların əvvəlcədən yerə döşədiyi bomba zirehli polis maşınının keçdiyi vaxt partladılıb. Hadisə yerinə təhlükəsizlik qevvələri cəlb olunub və eyni küçədə iki yerdə də partlayıcıların quraşdırıldığı məlum olub. 
 
Təhlükəsizlik qüvvələri qaçan terrorçuların tutulması üçün axtarışları davam etdirir. 
Cia.az