|
Ukrayna Milli qəhrəmanı Moskvaya getdi
Ukrayna deputatı Nadejda Savçenko Moskvaya gedib.
 
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Savçenko öz Feysbuk səhifəsində paylaşıb. Savçenko Moskvada Nikolay Karpyuk və Stanislav Klıxın məhkəmələrində iştirak edəcəyini bildirib:
 
“Mənim orada olmağım vacibdir. Heç olmasa, iştirak etməyimlə onları dəstəkləmək istəyirəm. Qoy anlasınlar ki, ukraynalılar özününküləri atmırlar”.
 
Qeyd edək ki, Nikolay Karpyuk və Stanislav Klıx 2014-cü ildə Rusiyada həbs ediliblər. Onlar 1994-1995-ci illərdə Çeçenistanda çeçen mücahidlərinin tərəfində döyüşməkdə ittiham edilirlər. Hər iki şəxs Ukraynanın UNA-UNSO millətçi təşkilatının üzvü hesab edilir. Karpyuk hətta bu təşkilat adını dəyişdirib Sağ Sektor edənədək ona rəhbərlik edib. 
Cia.az