|
Bakıda qadın xüsusi amansızlıqla öldürülüb
 Bakıda qətl törədilib. 
 
APA-nın xəbərinə görə, hadisə Binə qəsəbəsində baş verib. Qəsəbə sakini 1971-ci il təvəllüdlü İlhamə Eynulla qızı Talıbovanın bıçaqla xüsusi amansızlıqla qətl yetirilmiş meyiti tapılıb.
 
Hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb.
 
Qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 
Cia.az