Bir terrorçuya görə Türkiyə-ABŞ əlaqələrinin mənfi məcraya yönəlməsini istəmirik.
Axar.az xəbər verir ki, bunu Türkiyə Ədliyyə naziri Bəkir Bozdağ Fətullah Gülənin ekstradisiyası ilə bağlı açıqlamasında deyib.
ABŞ-a səfər edəcək nazir bildirib ki, Gülənin təhvil verilməsi ilə bağlı bir sıra şəxslərlə rəsmi görüş keçirəcək: “Daha əvvəl ABŞ-a 4 fərqli məhkəmə sənədi göndərmişik. Müvəqqəti saxlanma ilə bağlı tələbimizi bildirmişik. İlk fürsətdə Türkiyənin məsələ ilə bağlı həssaslığını çatdıracağıq. Bir terrorçunun ABŞ-da yaşayıb və buradan öz qruplaşmasını idarə etməsini əsla qəbul etmirik”.
cia.az
