|
Liviya sahillərində 13 miqrantın cəsədi aşkarlanıb
Aralıq dənizinin Liviya sahillərinə yaxın hissəsində Afrikadan Avropa sahillərinə keçməyə cəhd etmiş  13 miqrantın cəsədi aşkarlanıb.   
 
APA-nın “RaiNews24” telekanalına istinadən verdiyi xəbərə görə, beləliklə son 10 gündə dənizdə batan miqrantların sayı 55-ə çatıb.
 
Oktyabrın 25-də keçirilmiş axtarış-xilasetmə əməliyyatları zamanı rezin qayıqlarla dənizi adlamağa cəhd edən   500-dək miqrant xilas edilib. 
cia.az