Suraxanı rayonunda yolu keçmək istəyən piyadanı minik maşını vurub.
Musavat.com-un məlumatına görə, Cəlal Qurbanov küçəsində 60 yaşlı İsbat Məmmədov idarə etdiyi “VAZ-2102” markalı avtomobillə qəza törədib. Avtomobilin qarşısına qəfil piyada çıxıb. Piyadanı vuran C.Qurbanov onu dərhal 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb.
Ağır yaralanan piyadanın kimliyi hələlik məlum deyil. Onun təxminən 60 yaşında olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
cia.az
