|
Rusiyalı qadın “Lada”nın təkərində Azərbaycana 90 iPhone keçirmək istədi

Rusiya vətəndaşı olan qadın Dağıstanın Azərbaycanla sərhəd Məhərrəmkənd gömrük postundan 90 ədəd iPhone mobil telefonu keçirməyə cəhd edib.

Virtualaz.org xəbər verir ki, Dağıstan gömrükçüləri qaçaq malı Rusiyadan Azərbaycana gələn “Lada Granta” avtomobilində yoxlama zamanı aşkar ediblər. Yoxlama zamanı 90 ədəd iPhone və onlara aid aksesuarın avtomobilin arxa sağ təkərinin içində gizlədildiyi məlum olub. Yük müsadirə olunub və ekspertizaya göndərilib.

Faktla bağlı təhqiqat aparılır. Telefonların saxta olub-olmadığını ekspertiza müəyyən edəcək.

Cia.az