|
“Hər kəsin rüşvət verə biləcəyi bir məmur var”

Politoloq Razi Nurullayev piyada keçidlərində sürücülərin piyadalara yol verməməsindən yazıb.

“Qafqazinfo” xəbər verir ki, problemə facebook profilində toxunan R. Nurullayev bunu ən böyük vəhşilik adlandırıb: “Bu məsələdə günah yenə də sürücülərdə yox, bu iqtidardadır. Çünki, hər kəsin zəng edəcəyi bir "dayı"sı, rüşvət verə biləcəyi bir məmur var. Piyada keçidlərində nədən video-kameralar, nədən piyada keçid işıqforları quraşdırılmasın? Əgər kimsə, hansı vətəndaşsa tərbiyələnmək və mədəni olmaq istəmirsə, qanun işləsə onu cəzalandırar. Qanun isə ondan şəxsi və fərdi maraqları üçün yararlana bilənlər üçün yazılır. Bu ölkənin rüşvətinə, korrupsiyasına, özbaşınalıq hallarına və qanunların kağız üzərində olmasına, o cümlədən qanunların ancaq müxalifət düşüncəli insanlara tətbiqinə etiraz edir və bununla heç zaman razılaşmayacağımızı bildirirəm. Mübarizə sonuna kimi aparılacaq”.