|
Pakistanda silahlılar 200 nəfəri girov götürdü
Pakistanın Kvetta şəhərində naməlum silahlılar polis kollecinə hücum edib.
 
APA-nın xəbərinə görə, bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Hadisə nəticəsində 200 kursantın girov götürüldüyü bildirilir. Silahlılar və kollecin mühafizəçiləri arasında atışma baş verib. Hadisə nəticəsində 25 nəfər yaralanıb.
 
Onlardan 5-in güllə yarası aldığı, 1-in ağır vəziyyətdə olduğu bildirilir.
cia.az