|
Çində partlayış: 10 ölü, 150 yaralı
Çinin mərkəzi hissəsində Şensi əyalətinin Fuqu bölgəsində binanın partlaması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumat “Reuters” agentliyində yer alıb. Məlumata görə, hadisə nəticəsində 150 nəfərdən çox şəxs xəsarət alıb. Daha əvvəl isə 7 nəfərin öldüyü bildirilirdi. 
 
Partlayış yerli vaxtla saat 14.00-da baş verib. Partlayışın səbəbi araşdırılır.
cia.az