|
Bakıda qohum qohumunu ölümcül döydü
Bakıda 34 yaşlı kişi qohumu tərəfindən ölümcül döyülüb. 

Musavat.com xəbər verir ki, hadisə Səbail rayonu əraizisndə qeydə alınıb.
 
Badamdar qəsəbəsində “Yeni massiv” adlanan ərazidə 1982-ci il təvəllüdlü Babayev Amil Təyyaz oğlu yaşadığı evdə qohumu ilə mübahisə edib. Mübahisə zamanı hələlik adı məlum olmayan qohumu A.Babayevin baş nahiyəsinə taxta ilə bir neçə dəfə vurub.
 
Ağır xəsarət alan A.Babayev 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırlıb. Xəstəxanadan Musavat.com-a verilən məlumata görə, o kəllə-beyin travması alıb. Hazırda A.Babayevin vəziyyəti stabil ağırdır.
cia.az