|
Türkiyədə polis partiya binasını mühasirəyə aldı
Türkiyənin Demokratik Bölgələr Partiyasının (DBP) Tuncelidə yerləşən qərargahına polis basqını təşkil olunub. 
 
Qeyd edək ki, Tuncelidə mağazalar aksiya təşkil edərək qapılarını açmayıb. Aksiyadan sonra DBP sədri Hülya Yer saxlanılıb. Polisə ifadə verən zaman isə partiya binasına polis əməliyyatı təşkil olunub və qərargahda axtarışlar aparılır. Axtarışların davam etdiyi bildirilir. 
 
DBP sədri isə hələ də polis idarəsindədir. Onun haqqında tutulma qərarının olub-olmaması haqqında məlumat verilməyib. 
cia.az