|
Başına 1 milyon mükafat qoyulan terrorçu öldürüldü
Türkiyədə "Seyid" kod adlı PKK terrorçusu Cahit Beyhan öldürülüb. 

Musavat.com-un məlumatına görə, öldürülən Cahit Beyhanın başına 1 milyon türk lirəsi mükafat qoyulmuşdu. 
 
Bitlisin Aşağı Ölek və Yuxarı Ölek kəndlərində PKK-ya qarşı əməliyyat təşkil olunub. Bu zaman PKK-çılarla təhlükəsizlik qüvvələri arasında atışma baş verib. Əməliyyatla bağlı jandarmadan verilən yazılı açıqlamada 4 PKK terrorçusunun öldüyü bildirilib və qeyd edilib ki, onların arasında başına 1 milyon TL pul mükafatı qoyulan Cahit Beyhan da var. 
 
Qeyd edək ki, Cahit Beyhan PKK-nın Garzan bolgəsinin kordinatoru idi.