Türkiyənin Bursa əyalətində Rixter şkalası üzrə 4.1 bal gücündə zəlzələ olub.
Musavat.com-un məlumatına görə, zəlzələdə can və mal itkisi olmayıb. Kandilli rəsədxanasından verilən açıqlamada zəlzələnin episentrinin Mustafakamalpaşa rayonu olduğu bildirilib.
Zəlzələ hiss olunub. Uçqun və tələfat olmadığı bildirilir.
cia.az
