|
İnsan cəmi 5 il yaşayır
Bir insan orta hesabla 70 il yaşayır. Bunun yarısını gecə yaşayır və bu müddətdə də adətən yatır. 

Qalır 35 il. Bu 35 ilin 5 ili uşaqlıqda keçir və anlaşılmır. 5 ili də yaşlı vaxtlara təsadüf edir ki, həyatın bu dönəmi də o qədər maraqlı sayılmaz. Qalır 25 il. Bu 25 ilin 15 ili çalışaraq, zəhmət çəkərək keçir. Qalan 10 ildən 5-i ayaqyolu, hamam kimi ehtiyaclara sərf olunur. Sonuncu 5 il qalıq isə... Şükür Allaha ki, yaşamağa sərf olunur. 

Su kimi axıb gedən zaman içində cəmi 5 il nə işə yarayır, kimə sərf olunur, bax bu da özü boyda müəmmadır.

cia.az