|
СNN: Klinton Trampı 5 faiz qabaqlayır
ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 5 faiz qabaqlayır.
 
APA-nın xəbərinə görə,  CNN telekanalının ORC şirkəti ilə birgə keçirdiyi son sorğuya əsasən, Klinton seçicilərin səsinin 49 faizini, Tramp isə 44 faizini toplaya bilər. Sorğu 20-23 oktyabr tarixlərində keçirilib.
 
Ötən gün ABC telekanalı tərəfindən keçirilən rəy sorğusunun nəticələrinə görə, sabiq dövlət katibi milyardçı rəqibini 12% qabaqlayıb.
 
Xatırladaq ki, noyabrın 8-də ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək.
cia.az