|
78 dövlət əmlakı hərraca çıxarılıb

Noyabrın 22-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək.

Əmlak Məsələləri Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, bu hərraca ümumilikdə 78 dövlət əmlakı çıxarılıb.

 Qeyd edək ki, hərraclar açıq keçirilir və istənilən şəxs hərracda iştirak edə və əmlak sahibi ola bilər. Hərracda iştirakçı hüququnu əldə etmək üçün komitənin elektron xidmətlər portalı vasitəsi ilə elektron qaydada, habelə Hərracların Təşkili üzrə Auksion Mərkəzi və onun regionla bölmələrində sifariş verib, əmlakın satış qiymətinin 10%-i məbləğində beh ödəmək kifayətdir. sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

 

Hərraca çıxarılan dövlət əmlaklarının 26-sı özəlləşdirmə prosesi çərçivəsində yaradılmış və nizamnamə kapitalının nəzarət səhm paketinin 30-45%-ni təşkil edən açıq səhmdar cəmiyyətləridir. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri sırasında məişət, təmir-tikinti, sənaye, pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, istehsal, emal və s. sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə “Ağdaş Quşçuluq”, “Şamaxı Dəmir Beton”, “Qarabağ Pambıq”, “Zaqatala Fındıq”, “İsmayıllı Sənaye İstehsal”, “Material  Təchizat”, “Saatlı Broyler”, “Bərdə Tikinti Quraşdırma” və digər bu kimi müəssisələr aiddir. Onlar paytaxtla yanaşı, respublikanın müxtəlif rayonlarında yerləşir. Bu səhmdar cəmiyyətlərinin hərraca çıxarılmış bir səhminin nominal dəyəri müəssisədən asılı olaraq 0,5 manatdan 2 manata qədərdir. 

 

Digər əmlaklardan 36-sı kiçik dövlət müəssisə və obyektidir. Bir sıra

Cia.az