|
Bakıda 30 yaşlı gənc söyüş üstündə döyüldü
Yasamal rayonu ərazisində yerləşən kafelərdən birində Şirvan sakini tanımadığı şəxslər tərəfindən döyülüb.
Musavat.com xəbər verir ki, "20 Yanvar" metrostansiyasının yaxınlığında yerləşən “Günəş” kafesində 1986-ci il təvvəllüdlü Şirvan şəhər sakini Həsənov Elməddin Mötəbər oğlu yeyib-içdikdən sonra sərxoş vəziyyətdə kafedəki digər iki müştəri ilə mübahisə edib. Tanımadığı şəxslərlə mübahisə zamanı nalayiq ifadə işlədən E.Həsənov döyülüb. O, bel, boyun fəqərəsi və üzündən xəsarətlər alıb. Yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. 
 
Faktla bağlı Yasamal Rayon Polis İdarəsi (RPİ) 29-cu Polis Bölməsinin (PB) əməkdaşları araşdırma aparır.
cia.az