|
Rusiyada terrorizmdə şübhəli sayılan iki şəxs güllələnib
Bu gün Rusiyanın Nijni-Novqorod şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları terrorizmdə şübhəli sayılan iki şəxsi güllələyib.
 
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, atışma  terrorizmdə şübhəli sayılan şəxslərin saxlanılması ilə əlaqədar keçirilən əməliyyat zamanı baş verib.
 
“Daewoo Nexia” markalı minik avtomobilində olan şübhəlilər güllələnib.