Ukraynada həmyerlimiz "Dünyanın səfiri" fəxri adına layiq görülüb.
Ukraynanın xalq artisti, Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü Qurban Abbasov "Dünyanın səfiri" adını alıb. Fəxri ad Yuneskonun nəzdindəki "Universal peace Federation" (tərcümədə "Bütün dünyaya sülh") federasiyası tərəfindən layiq görülüb.
Qeyd edək ki, Qurban Abbasovun rəhbərliyi 2001-ci ildə BUAK-nin nəzdində Azərbaycan mahnı və rəqs absamblı yaradılıb. Ansambl 15 il ərzində Ukraynada xalqımızın zəngin musiqi mədəniyyətini layiqincə təmsil edib, bir çox beynəlxalq musiqi festivallarının, həmçinin Ukrayna Mədəniyyət Nazirliyinin ən yüksək mükafatlarına layiq görülüb.



