ABŞ-ın Kaliforniya ştatında dəhşətli qəza baş verib.
Musavat.com-un məlumatına görə, qəza nəticəsində 13 nəfər ölüb, 31 nəfər isə yaralanıb. Hadisə Kaliforniyanın Desert Hot Springs bölgəsində baş verib. Bir tur avtobusu ilə TIR toqquşub. Hadisə yerinə təcili tibbi yardım maşınları, polis və yanğınsöndürənlər cəlb olunub. Kaliforniyanın nəqliyyat polisi yaralıların xəstəxanaya aparıldığını bildirib.
Qəzanın səbəbləri araşdırılır.
