Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb koalisiyası Yəmənlə barışıq vaxtını uzatmaqdan imtina edərək, aviazərbələri bərpa edib.
Musavat.com "SANA" agentliyinə istinadən xəbər verir ki, Yəməndə atəşkəs rejimi 20 oktyabrdan 72 saata tətbiq edilmişdi.
Məlumata görə, bu gün səhər koalisiya qüvvələri Yəmənin paytaxtı Səna şəhərinə doqquz aviazərbə endirib. Ölənlər barəsində məlumat verilmir. Koalisiyanı dəstəkləyən Yəmən hökumətinin xarici işlər nazirliyi atəşkəsi uzaltmağı mənasız hesab etdiklərini bildirib.
cia.az
