|
Tovuzda 59 yaşlı kişi bıçaqlanıb
Tovuzda bıçaqlanma olub.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Alakol kənd sakini, 1957-ci il təvəllüdlü Zahid Ələkbərov qarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
 
O dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Z. Ələkbərovun mübahisə zəminində qonşusu tərəfindən bıçaqlandığı bildirilir.
 
Faktla bağlı hüquq mühafizə orqanları  tərəfindən araşdırma aparılır.
cia.az