|
4 əsgəri şəhid edən terrorçu tutuldu

Türkiyənin Hakkari əyalətində terror törədən PKK üzvü İstanbulda tutulub. 

 
Musavat.com-un məlumatına görə, terrorçu iyulun 24-də Hakkaridə yerə mina döşəyərək hərbi maşının keçdiyi vaxt partlayışı həyata keçirmişdi. Nəticədə 4 əsgər şəhid olmuşdu. 
 
Polis idarəsində dindirilən zaman törətditiyi terroru etiraf edən E.N.K. adlı PKK üzvü məhkəməyə çıxarılıb. Terrorçu məhkəmənin qərarı ilə həbs edilib.