Oleq adlı gənc hərbi xidmətdə qolunu itirən atası üçün protez qol hazırlayıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat “Al Jazeera”-da yer alıb. Protezi ilk dəfə Oleqin atası Sergey Qaltsev sınaqdan keçirib.
O, oğlu ilə qürur duyduğunu bildirib: “Sadəcə mənə aid olmayan bu problemi aradan qaldırmağa çalışan oğlumla qürur duyuram. Buna günlük həyatda ehtiyacı olan çox insan var”.
Oleq bəsit və baha olmayan protez hazırlamağı hədəflədiklərini bildirib: “Çalışdıq ki, büdcəsi 1500 dolları ötməsin. Adətən bu cür protezlər 30 min dollar olur”.
