|
Bakıda yaşayış binasında yanğın: 15 sakin təxliyə edilib
Bakıda yanğın hadisəsi qeydə alınıb.
 
Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində məişət tullantıları 6 m2 sahədə və elektrik kabeli  10 p.m yanıb.
 
Yanğın zamanı yuxarı mərtəbələrdən yanğınsöndürənlər tərəfindən 15 nəfər sakin təhlükəsiz əraziyə təxliyə olunub.  Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Cia.az