|
Mərakeşdə ağır yol qəzası: 8 ölü, 20 yaralı
Mərakeşdə ağır yol qəzası baş verib.
 
APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Kasablanka şəhəri yaxınlığında qeydə alınıb.
 
Bərrəşid şəhərinə yollanan nəqliyyat vasitəsinin aşması nəticəsində azı 8 nəfər ölüb, 20 nəfər xəsarət alıb.
 
Hadisənin təfərrüatları barədə hələ ki, məlumat verilmir.
 
Mərakeş nəqliyyat nazirliyinin hesablamalarına görə, bu il müxtəlif  yol-nəqliyyat hadisələri nəticəsində 4 minədək insan həyatını itirib.
Cia.az