|
Bu gün Azərbaycan Premyer Liqasında IX turun növbəti oyunu keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun növbəti oyunu keçiriləcək.
 
"Report"un məlumatına görə, turun ikinci oyun günündə bir qarşılaşma oynanılacaq.
Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan AZAL Zirənin eyniadlı komandasını qəbul edəcək. Qonaq komanda səfərdən qələbə ilə dönəcəyi təqdirdə turnir cədvəlindəki hazırkı mövqeyini yaxşılaşdıraraq 4-cü pilləyə yüksələcək. Ən yaxın qonşusu ilə 4 xal fərqi olan AZAL isə qələbə sayəsində yalnız "Sumqayıt"a yaxınlaşacaq.
 
Komandalar bu günədək ölkə çempionatlarında 5 oyun keçiriblər. Bu görüşlərin 3-ü "Zirə"nin, 1-i isə AZAL-ın qələbəsi ilə başa çatıb. Bir oyunda isə bərabərlik qeydə alınıb. Tərəflərin görüşündə meydan sahibi olan komanda indiyədək məğlub olmayıb. Son 3 matçda hər iki klub qol vurub.
 
Turun son oyun günündə iki görüş olacaq. "Sumqayıt" "Qəbələ"ni, "Neftçi" isə "Qarabağ"ı qəbul edəcək.
 
Azərbaycan Premyer Liqası, IX tur
 
24 oktyabr
 
16:00. AZAL - "Zirə"
 
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, İsgəndər Əliyev, Nahid Əliyev
 
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov
 
AFFA nümayəndəsi: Elbrus Abbasov
 
Hakim-inspektor: Xaqani Məmmədov
 
Bakı. "AZAL Arena"
 
Qeyd edək ki, turun açılış oyununda "Kəpəz" və "İnter" komandaları qarşılaşıb. Gəncədə baş tutmuş görüşdə hesba açılmayıb.
cia.az