|
Xorvatiya prezidenti Azərbaycana gəldi -

Xorvatiya Respublikasının prezidenti xanım Kolinda Qrabar-Kitaroviç oktyabrın 23-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviçi hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Cia.az