|
Qatar qəzası nəticəsində ölənlərin sayı 55-ə çatıb
Kamerunda sərnişin qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 575 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 14 nəfərin dağıntılar altında qaldığı bildirilir. Bundan əvvəl 53 nəfərin öldüyü, 300-dək insanın yaralandığı bildirilirdi.
 
Qəza ötən gün paytaxt Yaunde şəhərindən 120 km aralıda baş verib.