|
London aeroportu boşaldıldı - Təhlükə
Londonun Siti hava limanı boşaldılıb. 

Musavat.com-un məlumatına görə, aeroportda olan 26 nəfərin halı qəfildən pisləşib. Onların zəhərləndiyi müəyyən edildikdən sonra xilasedicilər hava limanındakı 500 nəfəri təxliyə edib. 

Zəhərlənməyə kimyəvi maddənin səbəb olduğu bildirilib. Hadisə yerinə çox sayda xilasedici və təcili tibbi yardım briqadası cəlb edilib. 

Vəziyyəti ağır olan iki nəfər xəstəxanaya aparılıb. Digər zərərçəkənlərə isə yerindəcə müdaxilə edilib.