|
Dağıstanda 4 silahlı məhv edilib
Dağıstanın Qızılyurt rayonunda 2 silahlı məhv edilib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Stalsk kəndi yaxınlığında qeydə alınıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları minik avtomobilini saxlayıb yoxlamaq istədikdə maşından onlara atəş açılıb. Başlanmış atışmada maşındakı 2 nəfər qətlə yetirilib.
 
Hadisə yerində operativ-istintaq qrupu işləyir. Silahlıların şəxsiyyəti müəyyənləşdirilir.
 
Bundan əlavə, Dağıstanın Tsumadin rayonunda antiterror əməliyyatı zonasında iki silahlı məhv edilib. Digər təfərrüatlar  barədə hələ ki,  məlumat verilmir.