ABŞ Prezidenti Barak Obama Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampı dəstəkləmir, lakin Tramp seçkilərdə qalib gələrsə, onu Ağ Evə şəxsən yola salmağa hazırdır.
Axar.az CNN-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Ağ Evin mətbuat katibi Erik Şults çıxış edib.
Onun sözlərinə görə, ABŞ prezidenti Trampı dəstəkləməsə də, hakimiyyətin sülh yolu ilə ötürülməsinin tərəfdarıdır
