|
Hacıqabul rayon sakini su kanalına düşərək ölüb

Hacıqabul rayon sakini su kanalına düşərək ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, hadisə rayonun Qızılburun qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Namiq Mahmudov su kanalına düşərək boğulub. Meyit sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

cia.az