|
Neftimiz 1 dollardan çox ucuzlaşıb

Azeri LT CIF markalı neftin qiyməti 52,41 dollar/barelə enib

 

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,41 dollar və yaxud 2,62% azalıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 52,41 dollara bərabər olub.
 
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Cia.az