|
“Üzümə durdular ki, odur”

Müğənni Samira Allahverdi elektron ticarətin qurbanı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi bunu “Günaydın” verilişində deyib:

“Bu yaxınlarda internet üzərindən bir don sifariş etmişdim. Şəkildə qara rəngdə idi və parçası tamamilə fərqlənirdi. Mənə gətirdikləri libas isə boz və keyfiyyətsiz materialdan idi. Donu həmin şirkətə qaytardım ki, mən bu paltarı sifariş verməmişəm. Üzümə durdular ki, yox, həmin dondur. Axırda mübahisə etməmək üçün 80 manatı verdim. Məcbur oldum ki, o libası götürüm”.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi hər gün saat 14:20-də “Space” kanalında yayımlanır.