|
Bakıda maskalı şəxslər yaşayış evinə basqın edib

Bakıda yaşayış evinə basqın olub.

Hadisə ötən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1944-cü il təvəllüdlü Hətəm Namazovun yaşadığı evə daxil olan maskalı şəxs onu döyərək pul tələb edib. Ev sahibinin səs-küy saldığını görən maskalı şəxs qaçıb.

Baş vermiş hadisə ilə bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırmalar başlanıb. (APA)

cia.az