|
Bakıda 85 yaşlı kişi intihara cəhd edib

Bakı şəhərində 85 yaşlı kişi intihara cəhd edib. Hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. Rayon sakini, 1931-ci il təvəllüdlü Xasay Bəşir oğlu Kazımov sirkə turşusu zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

X.Kazımovun intihar məqsədi ilə sirkə turşusu içdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

cia.az