|
Yılmaz və Belçim boşanır? -

Aktrisa Demet Akbağ, yaxın dostu Yılmaz Ərdoğan və Belçim Bilgin cütlüyünün boşanacağı haqqında xəbərlərə münasibət bildirib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa iddiaların doğru olduğuna inanmadığını deyib:

“Yılmazla bu barədə danışmamışam. Amma belə bir şeyin olacağını zənn etmirəm”.

Qeyd edək ki, 2 həftə öncə boşandığı deyilən Belçim Bilgin Londona köçmüşdü. Sonra üzə çıxmışdı ki, Belçim Londondakı evi Yılmazla birlikdə tutub.