|
Tatarıstanda dindarları bu kitablara görə həbs etdilər
Rusiya FTX-nin əməkdaşları Tatarıstan respublikasına dindarların toplaşdığı evdə axtarış keçiriblər.
 
Avropa.info xəbər verir ki, Life agentliyinin məlumatına görə, axtarışlar Kazan, Naberejnı Çelnı, Almatyevsk, Aznakayevo şəhərlərində, həmçinin Rıbnı-Slobodsk, Kumorsk, Sabinsk rayonlarında keçirilib. Məlumata görə, “Təbliği Camaat” təşkilatının üzvlərindən “ekstremist” materiallar müsadirə olunub.
 
Rusiya İstintaq Komitəsi Tatarıstan şöbəsindən bildiriblər ki, ekstremist təşkilatın fəaliyyəti ilə bağlı cinayət işi qaldırılıb.
 
Qeyd edək ki, “Təbliği Cammat” təşkilatı Tatarıstanda ekstremist təşkilat elan edilib.