|
Şəkidə 3 otaqlı evdə yanğın baş verib

Şəkidə yanğın hadisəsi qeydə alınıb. 

 
Musavat.com-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə,  yanğın şəhərdə vətəndaşa ümumi sahəsi 72 m2 olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin tüstü bacasının ətrafı 10 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.