Bu gün Avropa Liqasının qrup mərhələsində təmsilçimiz "Qəbələ" Fransada "Sent Etyen"lə qarşılaşıb.
Axar.az xəbər verir ki, Roman Qriqorçukun komandası çətin səfərdən xalla qayıtmağa çalışsa da, buna nail ola bilməyib.
Qeyd edək ki, “Qəbələ”nin 3 əsas heyət üzvü - Beqali Dabo, Rəşad Sadiqov və Nika Kvekveksiri “Sent Etyen”ə qarşı oynaya bilməyib. Rəqib komandanın isə 7 əsas heyət üzvü görüşdə iştirak etməyib.
***
"Qəbələ" matçın 70-ci dəqiqəsində Rikardinyonun avtoqolu ilə hesabda geri düşüb: 1-0. Oyun elə bu hesabla da başa çatıb.
