Türkiyədə polis idarəsi yaxınlığında partlayış törədilib.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Partlayış Adanada baş verib. Motosikletli iki kişi polis idarəsinin arxasına bomba qoyaraq oradan uzaqlaşıb. Meydana gələn partlayış tələfata yol açmasa da, qorxuya səbəb olub. Hadisə yerinə çox sayda polis, zirehli maşın və bomba mütəxəssisləri cəlb edilib.
Partlayış yerində araşdırma aparılıb. Şübhəlilərin kimliyi müəyyən edilməyib. Qaçan şəxslərin tutulması istiqamətində araşdırma davam edir.
Cia.az
