|
Terror törətməyi planlaşdıran PKK-çı tutuldu

Türkiyədə partlayış törətməyə hazırlaşan PKK terroristi tutulub. 


Musavat.com-un məlumatına görə, bir müddət əvvəl Suriyadan Türkiyəyə qaçaq yollarla gələn "Diyad" kod adlı terrorçu terror aktı törətməyə hazırlaşdığını etiraf edib. 

Şanlıurfa Jandarmasının kəşfiyyat qrupu aldığı gizli məlumatdan sonra PKK-çını təkib edib. Polis və jandarmanın birgə əməliyyatı nəticəsində "Diyad" kod adlı E.H. Şanlıurfanın mərkəzində ələ keçib. Polis idarəsində dindirilən PKK-çı AKP funksionerlərinə və terrorə dəstək verməyən mülki şəxslərə qarşı hücum təşkil edəcəyini etiraf edib. 

Terrorçu polisə ifadə verdikdən sonra məhkəməyə çıxarılacaq.
cia.az