|
Yuxusuzluğun fəsadları - xərçəng, gen xəstəliyi, immunitet çatışmazlığı
Mütəxəssislər yuxusuzluğun insan orqanizmində fəsadlara yol açdığını dəfələrlə vurğulayıb.
 
Axar.az yuxusuzluğun hansı problemlərə səbəb olacağı haqda yazını təqdim edir:
 
İmmunitet
 
Yuxumuzu tənzimləyən sistem pozulanda immunitet də zəifləyir. Xüsusilə uşaqlarda yuxusuzluq probleminin çox mənfi nəticələri olur.
 
Gen xəstəliyi
 
Yuxusuz qalmaq genimizdə bir sıra problemə yol açır, nəticədə orqanizmdə xəstəliklər meydana gəlir. Səkkiz saat deyil, altı saat yatanda belə, bədəndə xəstəlik yaranır.
 
Xərçəng
 
Yuxusuzluq insanın sinir sistemini pozmaqla yanaşı, dəhşətli xəstəliklərə də yol aça bilir. Kifayət qədər yatmayan adamın xərçəngə tutulma ehtimalı var.
cia.az